Ukrayna Daxil İşlər Nazirliyinin “Kiyev-1” xüsusi təyinatlı taboru son günlər gərgin vəziyyətin yarandığı Odessa şəhərinə göndərilib.APA-nın xəbərinə görə, bunu özünün “Facebook” səhifəsində daxili işlər naziri Arsen Avakov yazıb. O, taborun bu yaxınlarda vətəndaş fəallarından formalaşdırıldığını söyləyib: “Taborun rəhbərliyi və tərkibinin önəmli hissəsi odessalılardır. Onların bu çətin günlərdə Odessaya kömək etmək istəklərini nəzərə alaraq uşaqları oraya ezam etmək qərarına gəldik”. A. Avakov mayın 2-də baş verən iğtişaş zamanı yaxalananlardan 42 nəfərinin mərkəzi vilayətlərdən birinə etap olunduğunu da söyləyib. Xatırladaq ki, mayın 2-də Odessada Rusiyayönümlü separatçılar və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən sakinlər arasında baş verən toqquşmalarda 46 nəfər ölüb. Hadisələrdən sonra Odessanın milis rəisi işdən uzaqlaşdırılıb. Şəhərdə gərginlik davam edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !