Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək

Ukrayna vizasız giriş hüququndan istifadə edən əcnəbilər üçün ölkəyə daxil olmaq niyyəti barədə elektron bildiriş sistemini tətbiq etməyi planlaşdırır.Bu barədə Ukrayna KİV-i Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Hərbi vəziyyət dövründə sərhəd və miqrasiya nəzarətinin, eləcə də əks-kəşfiyyat rejiminin gücləndirilməsi məqsədi ilə keçirilən görüşdə Ukrayna ilə vizasız giriş rejimi olan ölkələrin siyahısının müəyyən edilərək təsdiq edilməsi təklif olunub”, - MTMŞ-dən qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər