Ukrayna HDQ komandanı sərbəst buraxıldı

15:55 | 20.03.2014
Ukrayna HDQ komandanı sərbəst buraxıldı

Ukrayna HDQ komandanı sərbəst buraxıldı

Ötən gün Krımda həbs edilən Ukrayna Hərbi Dəniz Donanmasının komandanı Sergey Qayduk və 7 nəfər şəxs bu gün səhər saatlarında sərbəst buraxılıb.

Musavat.com-un “Krım-İnform”a istinadən verdiyi xəbərə görə, komandan bu gün səhər saatlarında Krımın sərhəd kəndi olan Çonqarda sərbəst buraxılıb. Məlumata görə, sərbəst buraxılanlar arasında  Millət vəkili Anatoliy Qritsenkonun oğlunun da var. 
Qeyd edək ki, məsələ ilə bağlı Krım rəhbərliyinə səslənən Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna  Hərbi Dəniz Donanmasının komandanı S.Qaydukun sərbəst buraxılmasını və onun Ukrayna torpaqlarına girişinə əngəl törədilməməsini xahiş etmişdi.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM