Ukrayna Krımla sərhədə qoşun yığır

19:14 | 10.07.2014
Ukrayna Krımla sərhədə qoşun yığır

Ukrayna Krımla sərhədə qoşun yığır

Ukrayna ordusu Krımla sərhədə hərbi texnika yığır. Lent.az-ın məlumatına görə, bu barədə “LifeNews” telekanalı xəbər verib.

 

Məlumata görə, Krımla həmsərhəd Herson vilayətinin Qeniçeski rayonunun Strelkovo kəndində BTR, eləcə də “Osa” zenit raketləri kompleksi və “Qrad” qurğularının hərəkəti qeydə alınıb.

 

Rayon administrasiyasındakı mənbənin verdiyi xəbərə görə, hərbçilər dislokasiya yerini dəyişirlər, texnika ordunun blokpostuna çəkilir.

 

Yerli “Novıy vizit” informasiya portalı Qeniçeski rayonunda hərbi texnikanın hərəkəti haqda hələ iyulun 8-də xəbər vermişdi. Portalın yazdığına görə, sakinlər Arbatski yol ayrıcında texnikanın Krım istiqamətində hərəkət etməsini görüblər.

 

Krım və Sevastopol 2014-cü ilin martında keçirilmiş referendumla Rusiyanın tərkibinə daxil olub. Referendumda səs verənlərin 96 faizi Rusiyaya birləşməyə səs verib.

 

Rəsmi Kiyev və Qərb ölkələri referendumun nəticələrini tanımır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM