Ukrayna Müstəqil Dövlətlər Birliyindən çıxmaq prosesinə start verir.APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy deyib. O bildirib ki, şuranın iclasında Ukraynanın MDB-də sədrliyinin dayandırılması və təşkilatdan çıxmaq barədə qərar qəbul olunub. Xatırladaq ki, Kiyev daha əvvəl MDB-də sədrlikdən imtina etdiyini açıqlamışdı. Bu funksiyanı Belarus öz üzərinə götürüb. Ukrayna aprelin 25-də MDB əlaqələndirmə institutlarındakı daimi nümayəndəsini geri çağırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !