Ukrayna ordusu mühasirəyə düşdü

14:40 | 23.05.2014
Ukrayna ordusu mühasirəyə düşdü

Ukrayna ordusu mühasirəyə düşdü

"Donbass” batalyonunun hərbçiləri arasında yaralananlar varDonetsk vilayətində Ukrayna ordusu mühasirəyə düşüb.ANS PRESS-in məlumatına görə, müharisəyə düşən Ukrayna ordusunun “Donbass” batalyonu ilə separatçılar arasında gedən döyüşlərdə 9 nəfər yaralanıb. Yaralananlar “Donbass” batalyonunun hərbçiləri olub. Batalyonun komandiri Semen Semençenkonun sözlərinə görə, separatçılar iri çaplı silahlardan, snayperlərdən və pulemyotlardan istifadə ediblər, əraziyə BTR-lər gətirilib.S.Semençenko bildirib ki, Qara dənizin 15 kilometrliyində Ukrayna ordusunun 4 BTR-i dayanıb: “Onlara yaxınlaşa bilmirik. Çünki o dəqiqə snayperlə vururlar”.Son məlumatlara görə, “Donbass” batalyonu mühasirədən çıxa bilib. Bu barədə “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Timçuk açıqlama verib. O, bildirib ki, bu dəqiqələrdə “Donbass” batalyonu mühasirədən çıxamağa nail olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür