Ukrayna parlamenti BMT-yə müraciət etdi

16:40 | 13.03.2014
Ukrayna parlamenti BMT-yə müraciət etdi

Ukrayna parlamenti BMT-yə müraciət etdi

Ukrayna Ali Radası Krımdakı vəziyyətə baxılmasına dair çağırışla BMT-yə müraciət edib. Bu qərarı sessiya zalında qeydiyyata alınmış 334 deputatdan 250-si dəstəkləyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı UNİAN xəbər yayıb.

Məlumatda qeyd olunur ki, Ukraynanın dövlət hakimiyyəti orqanlarının və onun Silahlı Qüvvələrinin təmkinli və mötədil fəaliyyətinə, münaqişənin dinc yolla həll olunmasına yönəlmiş bütün səylərə baxmayaraq, "Krım Muxtar Respublikası ərazisində vəziyyət Rusiyanın Silahlı Qüvvələri və Qara dəniz donanmasının hərəkətlərinin aktivləşməsi nəticəsində kəskin şəkildə pisləşib".

Müraciətdə deyilir: "Faktiki olaraq söhbət Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı təxribat məqsədilə edilmiş təcavüz aktından və onun suveren dövlətin ərazisinin bir hissəsini zəbt etmək cəhdindən gedir".

Müraciətdə qeyd olunur ki, Ukrayna BMT Nizamnaməsinin 11-ci maddəsinin ikinci bəndinə uyğun olaraq, təşkilatı Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulması ilə əlaqədar Krımda yaranmış vəziyyətə təcili baxmağa çağırır.

Ali Rada bildirir ki, Ukrayna özünümüdafiə hüququna dair BMT-ın Nizamnaməsinə (51-ci maddə) uyğun olaraq, ehtiyac olduğu halda istənilən dövlətə və ya kollektiv regional təhlükəsizlik sisteminə onun müstəqilliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının bərpasına kömək üçün müraciət etmək hüququnu özündə saxlayır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür