Bu barədə Rusiya Müdayfiə Nazirliyindəki mənbə məlumat verib
Ukrayna hakimiyyəti Rusiya ilə sərhədə 15 mindən artıq qoşun yığıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin məlumatına görə, Slavyansk ətrafında yığılmış əsgərlər və zirehli texnika heç də polis əməliyyatları üçün nəzərdə tutulan səviyyədə deyil. Hazırda şəhərin giriş-çıxışına nəzarət məntəqələri qoyulub və əməliyyatlar növbəti fazaya keçirilib.
Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Slavyansk ətrafında Ukraynanın 11 min əsgəri, 160 tankı, 230 zirehli döyüş maşını, 150-dən topu və minaatanı var.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !