• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Ukrayna raket atəşinə tutuldu - Kiyev vuruldu

Ukrayna raket atəşinə tutuldu - Kiyev vuruldu
23.11.2022 17:22
Rusiya Silahlı Qüvvələrinin aviasiyası bu gün yenidən Ukraynaya çoxlu raketlər atıb. Ukraynanın hava hücumundan müdafiə sistemi eyni anda bir neçə sahədə işləməyə məcbur olub.

Bu barədə Ukrayna KİV-i xəbər verir ki, Nikolayev Vilayət Dövlət Administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, Rusiya Federasiyası ən azı 9 Tu-95 bombardmançı təyyarəsini səmaya qaldırıb. Rusiya təyyarələri Mariupol yaxınlığında ən azı 5 raket atıb.

Vitali Kim Rusiya aviasiyasının cənubdan və şərqdən hücum etdiyini bildirib.

Kimin sözlərinə görə, cənub bölgəsi raket zərbələri təhlükəsi ilə üzləşib. Raketlər Odessaya düşüb.

Dnepropetrovsk Vilayəti Dövlət Administrasiyasının rəhbəri Nikolay Lukaşuk regionda raket hücumu təhlükəsinin olduğunu bildirib. Hava hücumundan müdafiə tədbirləri görülüb.

Kiyevdə də partlayış səsləri eşidilib. Şəhərin səmasında qalın qara tüstü görünüb qalxdı. Məlumata görə, raket infrastruktur obyektinə düşüb.

Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksiy Kuleba da bölgədə raket zərbələri təhlükəsi barədə xəbərdarlıq edib.

"Ərazidə raket atəşi təhlükəsi var. Sığınacaqlarda və təhlükəsiz yerlərdə qalın”, - Kuleba əgaliyə xəbərdarlığında bildirib.

Lvov meri şəhərin elektrik enerjisindən tamamilə məhrum olduğunu bildirib.
 
Prezident Aparatının rəhbəri Andriy Yermak qeyd edib ki, Rusiya Avropa Parlamenti onu terrorizmin himayədarı kimi tanıdıqdan dərhal sonra Ukraynanı raket atəşinə tutub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol