Ukrayna Təhlükəsizlik Şurasının mətbuat katibi Andrey Lysenko Rusiyanın baş verə biləcək hər hansı hücumuna eyni şəkildə qarşılıq verəcəklərini bildirib.ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bu açıqlamanı Andrey Lysenko bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. O, NATO-nun rəsmi açıqlamalarına əsaslanaraq əlavə edib ki, Rusiyanın Ukrayna sərhədində əsgər sayını artırmasına və Ukraynaya "Barış Gücü" olaraq girməyi planladığına dair məlumatlara malikdirlər. Rusiyanın Ukraynaya geniş əhatəli hücum ehtimalı sualını cavablandıran Lysenko - "Nəzəri olaraq belə bir ehtimal var və biz onu araşdırırıq. Hansı tədbirlər gördüyümüzü açıqlaya bilmərəm, çünki məlumatlar qarşı tərəfin kəşfiyyatı tərəfindən izlənilir", - deyib. "Rusiya birbaşa hücum edəcəyi təqdirdə atılacaq addımın nə olacaq" - sualına Təhlükəsizlik Şurasının yetkilisi - "Birbaşa hücum olsa birbaşa da cavab veriləcək", - deyə vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !