Ukrayna Rusiya ilə sərhədi qismən bağladı

09:30 | 06.06.2014
Ukrayna Rusiya ilə sərhədi qismən bağladı

Ukrayna Rusiya ilə sərhədi qismən bağladı

Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb.APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq.   Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin  qarşısını almaq məqsədi ilə verilib.   Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM