Ukrayna Rusiyaya 2 gün vaxt verdi

16:04 | 27.05.2014
Ukrayna Rusiyaya 2 gün vaxt verdi

Ukrayna Rusiyaya 2 gün vaxt verdi

Ukrayna baş naziri Arseni Yatsenyuk Rusiyaya xəbərdarlıq edib.ANS PRESS-in məlumatına görə, baş nazir deyib ki, mayın 29-na qədər “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkəti ilə qazın qiymətinin aşağı salınmasına dair müqavilə imzalamasa, rəsmi Kiyev Stokholm Arbitraj Məhkəməsinə müraciət edəcək. “Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə hazırıq”, Arseni Yatsenyuk deyib.Ukrayna maliyyə naziri Aleksandr Şlapak isə bəyan edib ki, rəsmi Kiyev Rusiyaya qaz nəqli ilə bağlı borclarını ödəməyə hazırdır. Lakin Rusiyanın Ukraynaya nəql etdiyi qazın qiymətində qeyri-müəyyənlik var.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür