Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

19:01 | 29.04.2024
Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Ukrayna səfiri etimadnaməsinin surətini Azərbaycan XİN-ə təqdim edib

Bu gün xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ilə görüşüb.Bu barədə XİN məlumat yayıb.

Səfir öncə etimadnaməsinin surətlərini təqdim edib.
Görüş zamanı Azərbaycanla Ukrayna arasında ikitərəfli əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Ukraynanın səfiri Yuriy Husyev öz növbəsində Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib və Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğunu vurğulayıb.

Tərəflər həmçinin qlobal və regional təhlükəsizliklə bağlı gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Səfirə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM