Ukrayna sərhədçiləri Rusiya vətəndaşlarının Dnestryanıya giriş və çıxışını bağlayıb

10:32 | 16.03.2014
Ukrayna sərhədçiləri Rusiya vətəndaşlarının Dnestryanıya giriş və çıxışını bağlayıb

Ukrayna sərhədçiləri Rusiya vətəndaşlarının Dnestryanıya giriş və çıxışını bağlayıb

Moldova-Ukrayna sərhədinin Dnestryanı hissəsində yerləşən nəzarət-buraxılış məntəqələrində Rusiyanın kişi cinsinə mənsub vətəndaşlarının Dnestryanıya giriş və çıxışına qadağa qoyulub, həmçinin qeyd olunan ərazidəki Rusiya hərbçiləri üçün nəzərdə tutulmuş yük qatarları da Dnestryanıya buraxılmır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,

 

Rusiya sülhməramlı kontingentin  qərargahında bu məlumat təsdiqlənib. Qərargahda bildiriblər ki, “Kuçurqanı” nəzarət-buraxılış məntəqəsində martın 10-dan Rusiya hərbçiləri üçün nəzərdə tutulmuş, ərzaq geyim və yanacaqla dolu 2 yük qatarı saxlanılıb. 

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM