Azərbaycan Ukraynaya silah tədarük etməyib və etməyəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezident söyləyib ki, Azərbaycan artıq Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı göndərib.
Bundan əlavə, Bakı böyük Azərbaycan diasporunun yaşadığı İrpen şəhərinin yenidən qurulmasında iştirak edir.
2023-cü ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya 7,6 milyon ABŞ dolları məbləğində yardım göndərilməsi ilə bağlı sərəncam imzalayıb.
Həmin yardım 4 dəfə göndərişlə Ukraynaya çatdırılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !