Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya Timoşenkonun həyatı təhlükədədir

16:02 | 06.05.2014
Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya Timoşenkonun həyatı təhlükədədir

Ukrayna Təhlükəsizlik Xidməti: Yuliya Timoşenkonun həyatı təhlükədədir

 Ukraynanın sabiq baş naziri, prezidentliyə namizəd olan Yuliya Timoşenkonun həyatı təhlükədədir.APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Ukrayna Təhlükəsizlik Xidməti müvafiq məlumatı Y.Timoşenko ilə işləyən Dövlət mühafizə idarəsinə ötürüb. Bununla belə Y.Timoşenko Nikolayev vilayətinə səfərini yarımçıq qoymayıb. Ukraynanın sabiq baş nazirinin mətbuat katibi Marina Soroka Y.Timoşenkonun həyatına olan təhlükənin detalları barədə məlumat verməyib. Bir müddət öncə Ukrayna Təhlükəsizlik Xidməti prezidentliyə namizədlərdən birinə qarşı sui-qəsd etməyi planlaşdırmaqda ittiham olunan iki nəfər Rusiya vətəndaşını saxlayıb. Sui-qəsdin kimə qarşı planlaşdırıldığı haqda məlumat verilməyib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür