Ukrayna üzrə yeni razılaşma əldə edildi

11:24 | 22.01.2015
Ukrayna üzrə yeni razılaşma əldə edildi

Ukrayna üzrə yeni razılaşma əldə edildi

"Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) Ukraynanın şərqindən ağır texnikanın geri çəkilməsi barədə razılığa gəlib.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bəyan edib.

Onun sözlərinə görə, görüşdə irəliləyişə nail olunub. Tərəflər razılığa gəliblər ki, Minsk protokolunda göstərilən demarkasiya xəttindən ağır texnikanın geri çəkilməsinə başlanmalıdır. Həmçinin, böhran vəziyyətində yaşayan bölgələrə humanitar yardımın çatdırılmasını təmin etmək üçün işçi qruplar yaradılacaq.

Xatırladaq ki, yanvarın 21-də Almaniyanın paytaxtı Berlində Ukrayna üzrə "Normand dördlüyü” (Ukrayna, Rusiya, Almaniya, Fransa) xarici işlər nazirlərinin görüşü keçirilmişdi.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM