​Ukraynada azərbaycanlı merə heykəl qoyuldu

10:13 | 21.01.2015
​Ukraynada azərbaycanlı merə heykəl qoyuldu

​Ukraynada azərbaycanlı merə heykəl qoyuldu

Yanvarın 19-da Ukraynanın mərkəzində yerləşən Kremençuq şəhərində mərhum azərbaycanlı mer və "Vorskla" futbol klubunun prezidenti Oleq Babayevin xatirəsinə həsr olunmuş heykəltəraşlıq kompozisiyasının açılışı olub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, tuncdan hazırlanmış heykəl mərhumun şərəfinə adlandırılan parkda qoyulub.
Heykəl xarkovlu heykəltəraş, əslən Azərbaycandan olan Eldəniz Qurbanov tərəfindən hazırlanıb.

Kompozisiyanın hazırlanmasına büdcədən vəsait ayrılmayıb, bütün xərclər O.Babayevin dostları tərəfindən çəkilib.
Oleq Babayev 2014-cü il iyulun 26-da səhər saatlarında sinəsindən güllələnərək qətlə yetirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti