Ukraynada seçkiqabağı “sükut günü” elan edildi

10:00 | 24.05.2014
Ukraynada seçkiqabağı “sükut günü” elan edildi

Ukraynada seçkiqabağı “sükut günü” elan edildi

Ukraynada bazar günü keçiriləcək prezident seçkilər ilə əlaqədar “sükut günü” başlayıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün namizədlərin seçicilərin qərarına təsir edəcək hər hansı təbliğat fəaliyyətinə qadağa qoyulub.

 

Mayın 25-də seçicilər dövlət başçısı seçilmək uğrunda mübarizə aparan 21 namizədə səs verəcəklər.

 

Prezident seçkilərində qalib gəlmək üçün namizədlərdən hər hansı biri 50 faizdən çox səs toplamalıdır. Əks halda, daha çox səs toplayan iki namizəd ikinci turda görüşəcək.

 

Ölkədə 33,7 milyon seçici var, o cümlədən Donetsk vilayətində 3,3 milyon, Luqansk vilayətində isə - 1, 77 milyon.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti