Ukraynada yeni prezident seçildi

09:59 | 26.05.2014
Ukraynada yeni prezident seçildi

Ukraynada yeni prezident seçildi

Exit-poll-un məlumatlarına görə, Ukrayna prezident seçkilərinin birinci turu başa çatıb, biznesmen Petr Poroşenko 50% səs yığıb.Oxu.Az Euronews-a istinadən xəbər verir ki, bunu Ukrayna MSK-nın ilkin rəsmi nəticələri də təsdiq edir. Hesablamaların sonunu gözləmədən elan etdiyi qələbəni onun əsas rəqibi “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko da qəbul edib. Timoşenkonun nəticəsi isə 13%-dən azdır.Parlamentin deputatı və oliqarx Petr Poroşenko seçki qərargahında keçirilən mətbuat konfransında bəyan edib ki, Krımın Rusiyaya birləşdirilməsini və Ukraynanın şərqində referendumları qəbul etmir. Seçicilərin fəallığı çox yüksəkdir (61%). Müşahidəçilər bunu ukraynalıların prezident seçkiləri ilə Viktor Yanukoviçin hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ölkədə yaranan siyasi qeyri-sabitliyə son qoyulacağına ümid etmələri ilə izah edirlər. Və yeni hüquqi hakimiyyət Maydanda tələb olunan islahatlarla məşğul olacaq. Donesk və Luqanskda əksər seçki məntəqələri açılmasa da milli seçkilər baş tutmuş hesab edilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti