Ukraynadakı vəziyyət müzakirə edildi

20:56 | 29.05.2014
Ukraynadakı vəziyyət müzakirə edildi

Ukraynadakı vəziyyət müzakirə edildi

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər Ukraynada keçirilən prezident seçkilərini, habelə Suriyanın kimyəvi silahının məhv edilməsini müzakirə ediblər. S.Lavrov Ukrayna hökumətinin ölkənin cənub-şərq vilayətlərində hərbi əməliyyatının dayandırılmasının və ümummilli dialoqun tezliklə başlanılmasının vacibliyini vurğulayıb. S.Lavrovla C.Kerri sıx təmasları davam etdirmək qərarına gəliblər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM