Ukraynalı hərbçilər silaha əl atdılar

10:01 | 20.03.2014
Ukraynalı hərbçilər silaha əl atdılar

Ukraynalı hərbçilər silaha əl atdılar

Sevastopolda "Belbek" hərbi aerodomunun ərazisinə təxribatçıların soxulmaq cəhdinin qarşısı alınıb. Gecə saatlarında bir qrup şəxs işıq-səs qumbaralarından istifadə edərək hərbi hissənin ərazisinə girməyə çalışıblar. Ukraynalı əsgərlər silah tətbiq edərək cəhdin qarşısını alıblar. Qeyd edək ki, martın 18-də Simferopol şəhərində ukraynalı hərbçi Kakurin ürəyindən güllə yarası alaraq ölmüşdü. O, avtoparkın qülləsində keşik çəkərkən vurulub. Bu insidentdən sonra Ukrayna Ordusunun Krımda yerləşən hərbi hissələrin şəxsi heyətinə silah işlətməyə icazə verilib.

ANS Press

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM