Krımda olan ukraynanlı hərbçilər maneəsiz olaraq bu ərazini tərk edə bilərlər. ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov BBC telekanalına müsahibəsində deyib. "Onlar seçim edə bilərlər. Ya Rusiya ordusunun tərkibinə daxil olacaq Krım qüvvələrinə birləşməlidirlər, ya da Krımı tərk edərək gedə bilərlər", - deyə D. Peskov bildirib. Prezidentin mətbuat katibi həmçinin deyib ki, Rusiya yarımadada hazırlanan təxribatdan da xəbərdardır. Qeyd edək ki, martın 18-də Vladimir Putin Krım və Sevastopolun Rusiya Federasiyasının tərkibinə daxil olması üçün yarımadanın yeni hökuməti ilə ikitərəfli razılaşma imzalayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !