Ukraynanın hökumət üzvləri Nazirlər Kabinetinin binasını arxa qapıdan tərk etməyə başlayıb.APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində müxalifətçi deputat Vladimir Aryev məlumat verib. O bildirib ki, artıq bir neçə nazir öz xidməti avtomobili ilə binadan çıxıb. Xatırladaq ki, bu gün səhər Avropa Meydanına toplaşmış nümayişçilər Nazirlər Kabinetinin binasına doğru yürüş ediblər. Binanın qarşısında müxalifət tərəfdarları ilə milis əməkdaşları arasında toqquşma baş verib. Milislər insanları binadan uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. V. Aryev bu gün əsas aksiyanın axşam saat 18.00-da Avropa Meydanında keçiriləcəyini açıqlayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !