Ukraynanın Krımdakı daimi nümayəndəsi istefa verib

13:55 | 25.03.2014
Ukraynanın Krımdakı daimi nümayəndəsi istefa verib

Ukraynanın Krımdakı daimi nümayəndəsi istefa verib

Ukrayna prezidentinin Krımdakı daimi nümayəndəsi, “Udar” partiyasının üzvü Sergey Kunitsın tutduğu vəzifədən istefa verib.APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Kunitsın “Şuster Live” televiziya proqramında bəyan edib. Kunitsın Krımdakı vəziyyətlə əlaqədar Ukrayna hökumətini tənqid atəşinə tutub. Onun sözlərinə görə, hadisələrə müvafiq reaksiya vermək üçün ölkənin bütün imkanları var. “Hər gün hərbçilərimizi ələ salıb, təhqir edirlər. Biz isə cürbəcür iclaslar qururuq”, - deyə Kunitsın bildirib. Qeyd edək ki, bir qədər əvvəl Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Ukrayna qoşunlarının Krım və Sevastopol ərazisindən çıxarılmasına dair fərman imzalayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti