“Rusiya Ukraynaya qarşı elan olunmamış müharibəyə başlayıb”.
AzNews.az-ın məlumatına görə, bunu açıqlamasında Ukraynanın müdafiə naziri Nikolay Koval deyib. O bildirib ki, ölkənin cənub-şərq vilayətlərində antiterror əməliyyatında iştirak edən hərbçilərə yalnız qanunun tələbi olduğu zaman atəş açmaq əmri verilib.
N. Koval əlavə edib ki, Ukrayna Rusiya tərəfindən edilən bu hərbi müdaxiləyə hazır olmayıb: “Çətinliklərimiz olsa da zabitlərimiz baş verənlərdən örnək götürərək, əməliyyatları yüksək səviyyədə həyata keçirməyə davam edirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !