Ukrayna Hərbi Hava Qüvvələri ölkənin şərqindəki Luqansk vilayətinə aviazərbələr endirib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, vilayətin dövlət binasına endirilən zərbələr nəticəsində 5 nəfər ölüb.
Mənbə bildirib ki, ölənlər arasında rusiyayönül terrorçuların yaratdığı qondarma “Luqansk Xalq Respublikasının” “səhiyyə naziri” Natalya Arxipova da var.
“Unian.net”-in məlumatına görə, vilayətin dövlət binasını terrorçular partladıb. Ukrayna Antiterror Əməliyyat Mərkəzinin sözçüsü Aleksey Dmitraşevski deyb: “Bina təyyarələrdən deyil, içəridən atəşə tutulub. Çox böyük ehtimalla terrorçuların partlayıcı maddə və silahlarla etiyatsız davranması ucbatından partlayış baş verib”.
“Radio Svaboda” bildirib ki, binadakı partlayış nəticəsində 7 nəfər ölüb, 8-i yaralanıb.
ANN.Az