Marina Poroşenko... Ukraynanın yeni birinci ledisi 52 yaşlı bu xanımdır.
Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən xəbər verir ki, yeni prezident Pyotr Poroşenkonun həyat yoldaşı ixtisasca həkim-kardioloqdur. Marina Poroşenkonun hobbisinə və maraqlarına gəlincə isə o, qara rəngi sevir, yaxşı toxuculuq qabiliyyəti var və siyasətdən danışmağı əsla sevmir.
Tibb elmləri namizədi olan Marina Poroşenko 4 uşaq anasıdır. Böyük oğlu Alekseyin 29 yaşı var. Əkiz qızları Yevgeniya ilə Aleksandra 14 yaşdadır. Ailənin sonbeşiyi Mixail isə bacılarından bir yaş kiçikdir - 13 yaş.
Marina müstəqil Ukraynada ilk dissertasiya müəllifidir. O deyir ki, ailəsini heç vaxt karyerasına qurban verməyib və buna görə də peşman deyil.
Marina gələcək əri Pyotrla diskotekada tanış olub. Və bu macəra evliliklə bitib.
Yeni birinci ledi təntənəli mərasimləri sevmir. Çalışır ki, çox vaxt evdə olsun. Evdə isə siyasi söhbətlər qadağandır. Amma Marina səyahəti çox sevir. Həmçinin xörək hazırlamaq, nəsə tikmək, toxumaq çox xoşuna gəlir.
ANN.Az