Ukraynanın yeni prezidentindən Putinə qadağa

18:04 | 27.05.2014
Ukraynanın yeni prezidentindən Putinə qadağa

Ukraynanın yeni prezidentindən Putinə qadağa

Ukraynının yeni seçilən prezidenti Petr Poroşenko Rusiya prezidenti Vladimir Putini hakimiyyətdən uzaqlaşdırılmış Viktor Yanukoviçi leqitim adlandırmamağa çağırıb. 

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Petr Poroşenko deyib ki, V. Putinin V. Yanukoviçi legitim olmasını iddia etmək hüququ yoxdur: “Putinin Viktor Yanukoviçi Ukraynanın leqitim prezidenti hesab etməsi onun fikridir. Çünki əgər kimsə, ölkədə nəyinsə düzgün olmadığını hesab edirsə, Konstitusiya Məhkəməsinə müraciət etsin. Vətəndaş Yanukoviç də Ali Radanın onun istefası barədə qərarını düzgün hesab etmirsə Konstitusiya Məhkəməsinə müraciət edə bilər”. 

Poroşenko əlavə edib ki, V. Putinə heç kim Ukrayna Konstitusiyanı izzah etmək səlahiyyəti verməyib. P. Poroşenko hansısa xarici dövlətin vətəndaşının Ukraynanın daxili işləri ilə əlaqədar fikirlərinin onu maraqlandırmadığını ifadə edib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti