Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edibBu gün Ukrayna Ali Radasının binasında ölkənin yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun təntənəli andiçmə mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasim Ukrayna telekanalları vasitəsilə canlı yayınlanıb. Əvvəlcə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Sonra Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Konstitusiya kitabını və “Yevangeliya”nı yeni prezidentə təqdim edib. P. Poroşenko əlini dini kitaba basaraq and içib. O, daha sonra prezidentin Ali Radadakı kürsüsünə qalxaraq orada and mətnini imzalayıb. Andiçmə prosedurlarından sonra Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasəti barədə geniş nitq söyləyib. Mərasimdə xaricdən 60-a yaxın rəsmi nümayəndə heyəti iştirak edib. Onların arasında Polşa prezidenti Bronislav Komorovski, Belarus prezidenti Aleksandr Lukaşenko, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Sloveniya prezidenti Borut Pahor, Estoniya prezidenti Toomas İlves, Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer, BMT baş katibinin müavini Ceffri Feltman, ABŞ-ın vitse-prezidenti Co Bayden də olub. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. Rusiya Kiyevdəki səfir Mixail Zurabov səviyyəsində təmsil olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !