Umud Rəhimoğlu Əl-Cəzirə-nin nümayəndəsi olacaq

12:26 | 21.04.2014
Umud Rəhimoğlu Əl-Cəzirə-nin nümayəndəsi olacaq

Umud Rəhimoğlu Əl-Cəzirə-nin nümayəndəsi olacaq

Beynəlxalq Mətbuat İnstitutunun Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində keçirilən Dünya Konqresi və Baş Assambleyası başa çatıb. Konqresdə “Jurnalistika və Etika”, “Afrikada Tədqiqatçı Jurnalistlərin Hesabatları”, “Təhlükəli Ərazilərdə Jurnalistika Təhlükəsizliyi Qaydaları”, “Media Azadlığının 20 İlliyi”, “Cari Proseslərin Mətbuat Azadlığına Təsiri”, “Çinin İnkişaf edən Dünyada Rolu” və sairə mövzular ətrafında müzakirələr aparılıb.Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) idarə heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, Baş Assambleyanın iclasında BMİ-nin büdcəsi idarə heyəti üzvləri tərəfindən təsdiq edilib, müddəti bitməkdə olan idarə heyəti üzvlərinin və yeni heyət üzvlərinin namizədliyi nəzərdən keçirilib. Baş Assambleyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun Sədri Umud Rəhimoğlu tərəfindən namizədliyi irəli sürülən Əl-Cəzirə Telekanalının İnsan Hüquq və Azadlıqları Departamentinin rəhbəri Sami-Əlhajın namizədliyi müzakirəyə çıxarılıb və o, idarə heyətinə üzv seçilib.Tədbirin mükafatlandırma mərasimində Əl-Monitor xəbər agentliyi ən yaxşı “Azad Media Pioneri” mükafatına, iranlı jurnalist Maşallah Şamzolvaezin isə “Dünya Mətbuat Qəhrəmanı” mükafatına layiq görülüb.Görüşün sonunda Əl-Cəzirə rəsmiləri U.Rəhimoğlunu Qatarın paytaxtı Doha şəhərində 26-27 May, 2014-cü il tarixində keçiriləcək “8-ci Əl-Cəzirə” Forumunda iştirak etməyə dəvət ediblər. U.Rəhimoğlunun səfəri zamanı Əl-Cəzirə Telekanalı ilə BAMF arasında Əməkdaşlıq Memerandomunun imzalanması və BAMF-ın Əl-Cəzirə telekanalının Azərbaycan üzrə informasiya sözçüsü təyin edilməsi planlaşdırılır.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM