UNFPA-nın regional direktoru Ermənistana gedəcək

15:51 | 07.10.2024
UNFPA-nın regional direktoru Ermənistana gedəcək

UNFPA-nın regional direktoru Ermənistana gedəcək

BMT-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Əhali Fondunun (UNFPA) regional direktoru Florens Bauer oktyabrın 8-10-da Ermənistana səfər edəcək.  Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. 
 
Səfər zamanı Bauer hökumət rəsmiləri, parlament üzvləri, hüquq müdafiəçisi, donor və ictimai təşkilatların nümayəndələri ilə müzakirələr aparacaq.
 
Müzakirələrin məqsədi uzunmüddətli həll yolları üçün strategiyaları nəzərdən keçirmək və əhalinin sürətli dəyişməsi şəraitində Ermənistanın demoqrafik dayanıqlığını yaxşılaşdırmağa kömək etməkdir.   
 
BMT-nin Əhali Fondunun Ermənistan nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri də təqdim olunacaq.   
 
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatı olan ölkələrə öz demoqrafik problemlərinin həlli yollarını tapmağa kömək edir. Təşkilat hökumətlərə reproduktiv sağlamlıq və seçimə əsaslanan ailə planlaması xidmətlərini təkmilləşdirməyə və davamlı inkişaf səylərini dəstəkləyən əhali siyasətini inkişaf etdirməyə kömək edir. Bundan əlavə, o, əhalinin problemlərini və onların həlli yollarını daha yaxşı başa düşməyə kömək edir və hökumətlərə əhalinin bu problemlərini konkret ölkənin ehtiyaclarına ən uyğun şəkildə həll etməyə çalışır. 
 
Aytac 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM