Daha e-gov.az saytında qeydiyyatdan keçdikdən sonra istifadəçi adını və parolu zərfdə saxlamağa ehtiyac yoxdu. Çünki vətəndaşlar Unibank filiallarında elektron hökumət portalında qeydiyyatdan keçdikdə, parol dərhal SMS-lə onların mobil telefonuna gələcək. Məlumat Hesablama Mərkəzi və Unibank-ın uğurlu əməkdaşlığının nəticəsi olan bu prosedur vətəndaşların e-gov.az portalından daha rahat istifadəsinə imkan verəcək.
Xatırladaq ki, Unibank-la Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank 3 aya yaxındır ki, "Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edirlər.
Hansı imkanları əldə etmiş olursunuz?
* Evinizdən, iş yerinizdən e-gov.az portalında qeydiyyatdan keçərək, kredit almaq üçün fərdi arayışınızı Unibank-a göndərə biləcəksiniz;
* Qeydiyyat prosesini Unibank filiallarında həyata keçirərək yerindəcə kredit almaq fürsəti qazanırsınız;
* Artıq qeydiyyatdan keçmişsinizsə və kod parola maliksinizsə, filiallarımızda əlavə vaxt itirmədən kredit müraciətinizə baxılır.
Elektron hökumət portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar.
Kod parolu necə almaq olar? * Elektron hökumət portalında (www.e-gov.az) qeydiyyatdan keçməklə;
* paytaxtda və rayon mərkəzlərindəki bütün poçt şöbələrindən və digər qeydiyyat mərkəzlərindən;
* Unibank filiallarında qeydiyyatdan keçməklə.
www.e-gov.az portalında qeydiyyatdan keçmək və fərdi arayışı formalaşdırmaq çox sadədir. Bunun üçün www.e-gov.az elektron hökumət portalına daxil olmaq, qeydiyyat prosedurunu tamamlamaq və "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə arayışı formalaşdırıb elektron şəkildə Unibank-a göndərmək kifayətdir.
Məlumat Hesablama Mərkəzi ilə Unibank arasında imzalanan müqavilənin şərtlərinə görə, bankın bütün filiallarında da "Elektron hökumətin” qeydiyyat məntəqələri fəaliyyət göstərir. Vətəndaşlar öz şəxsiyyət vəsiqələri ilə bank filiallarına yaxınlaşıb, arayışlarını formalaşdıra bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank-hər kəsin bankı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !