Unibank Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edir. Hər bir vətəndaşımıza şəxsi həyatında və işlərində böyük uğurlar, xoşbəxtlik arzulayır. 2015-ci ildə bütün arzularınız reallaşsın!
31 dekabrdan 4 yanvaradək qeyri-iş günləri olsa da Unibank-ın Albalı Plus (Albalı) kart sahibləri hər gün bankın Yeni il kampaniyalarından hədiyyələr, endirimlər qazanmaqda davam edəcəklər:
* yanvarın 5-dək öz ALBALI və ya ALBALI PLUS kartı ilə azı 20 manatlıq əməliyyat edən hər kəs Yeni ildə Dubayda 5 ulduzlu oteldə 1 həftə müddətinə 2 nəfərlik səyahət paketi qazanmaq şansına sahib ola bilər. Lotereyanın davam etdiyi müddətdə çox-çox sərfəli kartları ilə azı 20 AZN-lik əməliyyat edən ALBALI və ya ALBALI PLUS sahiblərini 5 ədəd "İphone 6” mobil telefonu, 30 qalibi isə pul mükafatı hədiyyələri gözləyir. ALBALI və ALBALI PLUS kartları ilə Azərbaycanda və xaricdə nağd və ya nağdsız, o cümlədən onlayn əməliyyat edən hər kəs lotereyanın iştirakçısı olacaq.
* Yanvarın 5-dək ALBALI PLUS-la (ALBALI hər 1 taksitli alış-verişə Unibank-dan əlavə 1 taksit, 3 və daha yuxarı taksitlilər üçün isə əlavə 3 ay daha uzun müddətə ödəmək imkanı hədiyyə ediləcək.
* Yeni ilin ilk həftəsinədək qeyri- partnyor mağazalarda aparılan əməliyyatlara da əlavə 3 taksit hədiyyə olunacaq.
* Albalı Plus kartı ilə Avropada, Dubayda, Türkiyədə möhtəşəm Yeni il kampaniyası davam edir. Unibank-ın sms-taksit xidməti vasitəsi ilə 3 və ya 6 aylıq müddətə alış-veriş edənlərə, əlavə 3 taksit hədiyyə əldə edilir.
Unibank – hər kəsin bankı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !