• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Unibank müştərilərinin kreativ hədəfləri hansılardır?

Unibank müştərilərinin kreativ hədəfləri hansılardır?
11.09.2023 17:02
Pulu niyə yığırsınız? Təbii ki, hər kəsin bu suala öz cavabı olacaq. İstər bankda depozit hesabınızda olan, istərsə də evdə yastığın altında yığdığınız pulun, gələcək üçün bir məqsədi, bir xərclənmə təyinatı var. "Unibank”ın "Topla” rəqəmsal məhsulunda pul toplamaq üçün onlayn hesab açanlar da maraqlı hədəflər seçiblər.  Rəqəmsal məhsulun istifadəyə verildiyi vaxtdan indiyədək "Topla” yaradan Unibank müştəriləri pul toplamaq üçün özlərinə 92 mindən çox hədəf müəyyən edib. Bu hədəflərdən yarısını pulu xərcləyəcəkləri istiqamətin adı ilə adlandırıblar.

Adlı hesabların bölgüsü göstərir ki, "Topla”da pul yığan vətəndaşlarımızın çoxu avtomobil almaq arzusundadır. 43% öz hədəfinin adını "avtomobil” qoyub. İkinci yerdə "səyahət” həvəskarları gəlir. Sonrakı yerləri hədəfi telefon, ev almaq, airpods almaq istəyənlər tutur. Pul yığanların 3%-i bu vəsaiti borclarını ödəmək üçün yığır.  Pul toplamağının hədəfi sürücülük vəsiqəsi, kompüter, saat almaq olanlar və təhsili üçün vəsait yığanlar da ilk onluqda yer tuturlar. Toy etmək, evini təmir etdirmək istəyənlər, qızıl, paltar almaq istəyənlər də "Topla”nı seçənlər sırasındadırlar. Maraqlıdır ki, sağlamlıq səbəbi ilə pul yığan 180 nəfərdən 102-si burun əməliyyatına pul toplayır. Daha 40 müştəri özünə cehiz almaq üçün pul yığır. Telefon almaq istəyənlərin 3000 nəfərdən çoxunun hədəfi "iPhone”dur. 14 müştərinin pul yığmaq hədəfinin adını isə nə biz deyək, nə siz bilin.

"Topla” ilə bağlı iki yeniliyi də pul yığmağı sevənlərin diqqətinə çatdıraq:

Bundan sonra "Topla”da 1 illik əmanət hesabı açanlar, müddətin sonunda 2% daha çox, yəni 9% bonus qazanacaqlar. 

Artıq POS terminal vasitəsilə etdiyiniz hər ödənişdən qalan qəpik və manatlar avtomatik olaraq "Topla” hesabınıza köçürüləcək. Bunun üçün  UBank-da "Topla”ya keçərək, "Avtomatik artırılma” bölməsindən "Qalıq üzrə artır” funksiyanı aktivləşdirməyiniz kifayətdir. Seçdiyiniz variantdan asılı olaraq 1 AZN-ə, yaxud 10 AZN-ə qədər yuvarlaqlaşdırma məbləğini seçə bilərsiniz. 

İndi onlayn daxılınıza 100 000 manatadək vəsait toplaya bilərsiniz.

Onlayn depozit hesabınızdakı 100 000 manatadək vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur.  


 "Unibank”ın UBank mobil tətbiqində təqdim etdiyi, ölkə bank bazarı üçün bir ilk olan onlayn "Topla” məhsulu sizə hədəflərinizə çatmaq üçün pul yığmağa imkan yaradır. Bu məhsulu onlayn depozit hesabınız kimi də qəbul edə bilərsiniz. İstədiyiniz yerdə, istədiyiniz vaxtda onlayn daxılınıza minimal məbləğlə pul yığmağa başlaya və seçdiyiniz müddət ərzində hədəf məbləğinizi toplayaraq, əlavə faizlər qazana bilərsiniz. 

"Topla” yığım məhsulunun üstünlükləri nədir? 

-Arzularınıza gedən yolda hədəflər qoymağınıza təkan vermək;
-Banka gəlmədən, kağız sənədlər imzalamadan etibarlı ünvanda pul yığmaq;
-1 AZN mədaxillə belə daxılınızı aktivləşdirmək;
-Daxıldakı vəsaitinizi istədiyiniz vaxt, istədiyiniz məbləğdə həm Unibank, həm də digər bank kartlarından UBank vasitəsilə artırmaq;
-İstədiyiniz sayda "Topla” onlayn daxıl yaratmaq;
-3,6,9 və 12 ayadək müddət seçmək və hər daxıla 100 000 AZN-dək məbləğ yığmaq;
-İstədiyiniz vaxt pulunuzu onlayn daxıldan çıxarmaq imkanı.

Unibank - Sənin Bankın!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
4 ayda 33 mindən çox avtomobil idxal edilib
İqtisadiyyat 09:56
4 ayda 33 mindən çox avtomobil idxal edilib
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Avro və rubl artıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl artıb - Məzənnə
Azərbaycanda banan bahalaşa bilər
İqtisadiyyat 08:35
Azərbaycanda banan bahalaşa bilər
Rusiya Çinə neft tədarükünü artıra bilər
İqtisadiyyat 07:48
Rusiya Çinə neft tədarükünü artıra bilər
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
İqtisadiyyat 17:20
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
İqtisadiyyat 16:42
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İqtisadiyyat 15:37
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İnvestisiya imkanı artıq Yelo App-də!
İqtisadiyyat 15:09
İnvestisiya imkanı artıq Yelo App-də!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol