UNİBANK nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

13:17 | 22.04.2015
UNİBANK nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

UNİBANK nağdsız ödənişlərin və elektron ticarətin inkişafına görə mükafatlandırılıb

Unibank ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verir və öz fəaliyyətində bu prinsipləri əsas tutur. 

Təsadüfi deyil ki, Mərkəzi Bankın dəstəyi ilə keçirilən "Nağdsız ödənişlər üzrə lider bank”, "Elektron bankçılıq xidmətlərində lider bank”, "Elektron ticarətin inkişafında lider bank” və "Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyada Unibank elektron ticarətin inkişafında qalib yerlərdən birini tutub, "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə mükafatlandırılıb.

Unibank-ın partnyorları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və MasterCard kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az Unibank-ın böyük partyorlarından biridir.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.

Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker” jurnalı tərəfindən "İlin bankı” seçilib. "The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti