Məqsəd dünyanın nüfuzlu jurnalı "The Banker” jurnalı tərəfindən Unibank-ın "Ən yaxşı riteyl bank” nominasiyası üzrə "İlin bankı” seçilməsini dostlarla paylaşmaq idi. Tədbirdə çıxış edən bankın CEO-su Cəlal Qasımov Unibank-ın 2014-cü ilə olan nailiyyətlərindən, göstəricilərindən danışdı və bildirdi ki, pərakəndə müştərilərə göstərilən xidmətin keyfiyyət və kəmiyyət baxımından xeyli yüksəlməsi bankın bu nüfuzlu mükafata layiq görülməsinə səbəb olub.
Tədbir çərçivəsində Unibank-ın "ARZULAR REALLAŞIR” imic çarxı da ictimaiyyətə təqdim olundu.Əsas mövzusu ideyaları, arzularını reallaşdırmaq istiqamətində əzmlə mübarizə aparanların hər zaman sonda böyük uğurlara imza atdığını diqqətə çatdırmaq olan film 3 dostun uğur hekayətindən bəhs edir.
Əsas iştirakçıları KİV nümayəndələri olan tədbirin qonaqları üçün daha bir sürpriz isə 2015-ci ilin Unibank tərəfindən "Mətbuat ili” elan edilməsi oldu. Bank gələn ili mətbuat nümayəndələri üçün çoxsaylı tədbirlər keçirməyi planlaşdırır.
Bankın müştərilərini, partnyorlarını 2015-ci ildə böyük sürprizlər və yeniliklər gözləyir. Bank gələn il öz xidmətlərini genişləndirməyi, yeni məhsullar təqdim etməyi planlaşdırır.
Unibank-hər kəsin bankı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !