Unibank-ın bu günlərdə ictimaiyyətə təqdim etdiyi "ARZULAR REALLAŞIR!” imic çarxı https://www.youtube.com/watch?v=5db303-pJG4 3 dostun timsalında qarşılarına çıxan çoxsaylı maneələrə baxmayaraq arzularını reallaşdıran insanların uğur hekayəsidir. Hər bir insanın uşaqlıq arzusu olur. Yəni əslində çoxumuzun bu gün çalışdığımız peşələr uşaq vaxtı oyunumuz olub. Amma arzulara çatmaq, sevdiyin işin arxasınca getmək və sonda arzunu reallaşdırmaq daha mübariz ruhlu insanlara qismət olur. Uğurlu təşkilatlar kimi uğurlu insanlar da cəmiyyətdə sayğı ilə qarşılanır və bir gün o uğurlu insanların yolu uğurlu təşkilatda birləşir. Unibank kimi daim inkişaflı bank, hər zaman öz məqsədləri uğrunda mübarizə aparan, cəmiyyətdə nailiyyətlər qazanan insanların seçimi olur.
İmic filminin ideyasının müəllifi elə Unibank-ın öz əməkdaşlarıdır. Görünür bu da təsadüfi deyil. Çünki 22 illik fəaliyyəti dövründə ölkə bank sektorunda öz uğur salnaməsini yazan Unibank-ın əməkdaşları, bu uğur hekayəsinin birbaşa iştirakçıları, qəhrəmanlarıdır. Elə imic çarxının verdiyi mesajda uğurun verdiyi sevincdir. Hamımızın içində, həyat yolunda, inkişaf yolunda bu qəhrəmanların izləri, yaşantıları var. Qələbə, uğur məqsədyönlülük, ideyalarımız uğrunda mübarizənin nəticəsində yaranır və filmdə də, real həyatda da bu uğurlu insanlar eyni ünvanda rastlaşır. Onları bu görüş yerinə gətirən də, arzularının reallaşdırılmasında payı olan bir məkandır- Unibank-dır.
Unibank-hər kəsin bankı
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !