Hazırda Unibank-ın kartlarının sayı 515 minə yaxındır. Bank, kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz "Kart Prossesinq Mərkəzi”ni yaratdı.
Unibank kartına sahib olanlar, qısa müddətdə xidmət və məhsullarda əhəmiyyətli dəyişiklikləri hiss edəcəklər. Mərkəzin fəaliyyətə başlaması ilə kart sahiblərinə xidmətdə ciddi yeniliklər vəd edən Unibank "Kart Prossesinq Mərkəzi”ni yaradılmasına 1 milyon USD sərmayə qoyulub.
Bankın "Kart Prossesinq” departamentinin rəhbəri İlqar ibrahimov bildirib ki, bank kartlarının Unibankın öz "Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verəcək: "Prossesinq mərkəzimiz Unibank-ın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək. Əminəm ki, bankımızın müştəriləri tezliklə bu yeniliklərin şahidi olacaq və üstün xidmətlərimizdən faydalanacaqlar”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !