Unibankdan Uşaqlar gününə hədiyyə

14:54 | 29.05.2015
Unibankdan Uşaqlar gününə  hədiyyə

Unibankdan Uşaqlar gününə hədiyyə

1 iyun Uşaqların Beynəlxalq Müdafiə günündə  uşaq evində qayğıya ehtiyacı olan uşaqları sevindirmək istəyirsinizsə, Unibank-ın ALBALI PLUS (ALBALI) kart sahibləri üçün Ali&Nino kitab mağazası ilə birgə keçirdiyi aksiya sizin arzunuzu reallaşdıracaq. 30 may- 31 may tarixlərində Ali&Nino kitab mağazalarında yalnız ALBALI PLUS (ALBALI) kart sahibləri üçün alış-verişə 10%-lik endirim edilir.Unibank  kampaniya çərçivəsində ALBALI PLUS-la (ALBALI) edilən dövriyyənin  bir hissəsini  uşaq evinə hədiyyə edəcək. Bu məbləğə kitab, dərs ləvazimatı alınaraq, paytaxtdakı Uşaq evlərindən birinə hədiyyə olunacaq. Siz də  həm sərfəli qiymətə kitab, məktəb ləvazimatları almaq, həm də alış-verişinizlə Unibank-ın sosial aksiyasına qatılaraq uşaqları sevindirmək istəyirsinizsə, o zaman  Ali&Nino kitab mağazalarına buyurun.
 
Unibank müştərilərinin ehtiyac və arzularını  bir məhsulda -  ALBALI PLUS  kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS  beynəlxaq  kart olmaqla yanaşı, dörd  bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan,  unibank.az ,  albali.az saytlarından,  "Albalı Plus” mobil əlavəsindən və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS  - arzuları reallaşdıran kart. 

Unibank – hər kəsin bankı. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti