• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Universitetlərdə imtahanlar belə keçiriləcək - ƏMR

Universitetlərdə imtahanlar belə keçiriləcək - ƏMR
17.05.2021 12:07
Ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası distant (məsafədən) formada keçiriləcək.


Anews.az-ın məlumatına görə, Təhsil naziri Emin Əmrullayevin imzaladığı müvafiq əmrdə bildirilir ki, müəyyən fənlər üzrə imtahanlar əyani formada keçirildiyi təqdirdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunmalıdır.


Əmrdə qeyd edilir ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının qüvvədə olan normativ sənədlər əsasında təşkilini təmin etməli, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratmalıdırlar. Həmçinin qərargaha daxil olan hər bir şikayət operativ şəkildə araşdırılmalıdır. İmtahanların təşkilində və gedişatında nöqsanlara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol