Unun qiyməti qalxıb

10:28 | 08.07.2014
Unun qiyməti qalxıb

Unun qiyməti qalxıb

Paytaxtın topdansatış mərkəzlərində unun bahalaşması halları müşahidə olunur.

 ANS TV-nin məlumatına görə, 50 kiloluq kisənin qiymətində 30-60 qəpik artım olduğunu deyən mütəxəssislər bunu dünya bazarında taxılın qiymətinin artması ilə izah edirlər.Ekspert Vahid Məhərrəmovun sözlərinə görə, Ukraynada baş verən son hadisələr və Amerikada quraqlığın olması da taxılın qiymətində 20 faiz artıma səbəb olub.Dünya bazarında taxılın istehsalının müəyyən qədər azalması isə avtomatik olaraq buğda və unun bahalaşmasına səbəb olur. Azərbaycanın taxıl aldığı ölkələrdə vəziyyət stabil olduğuna görə hələlik bizim üçün təhlükə azdır.Bizim əsas taxıl idxal etdimiz ölkə Qazaxıstandır. Ölkənin ən böyük un istehsalı ilə məşğul olan dəyirmanın nümayəndəsi, buğda qiymətinin ötən ildəki kimi olduğunu və ildən ilə tələbatın daha da artdığını dedi.

 Ümumiyyətlə, dünya bazarında taxılın qiymətinin artması avqust ayında tam aydın olacaq. Əgər taxılın və unun qiymətində artım olarsa, təbii ki, əhaliyə satılan çörəyin də qiyməti qalxacaq.İqtisadiyyat və Sənaye Nazirliyi un satışında heç bir qiymət artımı qeydə alınmadığını bildirdi. Kənd Təsərrüfatı Nazirliyindən isə aldığımız məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür