"ABŞ Konqresinin mandatı Azərbaycana silah satmağımıza imkan vermir"

21:28 | 11.09.2016

"ABŞ Konqresinin mandatı Azərbaycana silah satmağımıza imkan vermir"

ABŞ Konqresinin Azərbaycanla bağlı qanuniləşdirilmiş mandatı, Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcəyinə görə, ona silah satmağımıza imkan vermir.

"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib.

Həmsədr Rusiyanın Azərbaycana silah satması, Ermənistanı dəstəkləməsi, eyni zamanda ABŞ-ın Ermənistanla və ayrıca Azərbaycanla hərbi-texniki əməkdaşlığı və bütün bunların Aprel döyüşlərində öz təsirini necə göstərməsi ilə bağlı sualları belə cavablandırıb:

"Biz başa düşürük ki, Rusiya və ABŞ fərqli vəziyyətlərdədir. Rusiyanın hər iki ölkə ilə uzun müddətdən bəri oturuşmuş münasibətləri var və uzun müddətdir ki, onlarla dostluq edir. Biz bu münasibətləri başa düşürük.

ABŞ da Ermənistan və Azərbaycanla sıx əməkdaşlıq etmək istəyir, lakin başqa cür. Biz tərəflərdən heç birinə silah satmırıq. Biz onlara olduqca məhdud sayda müdafiə silahları göndəririk. Lakin Konqresin Azərbaycanla bağlı qanuniləşdirilmiş mandatı var, bu, Dağlıq Qarabağ münaqişəsində istifadə oluna biləcəyinə görə, ona silah satmağımıza imkan vermir. Belə olan halda, biz onlara silah tədarükçüləri sayılmırıq. Biz hesab edirik ki, bizim hər iki ölkə ilə strateji münasibətlərimiz var".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM