Uorlik: Ermənistan “Olimpiya sülhü”nü pozdu

13:24 | 08.02.2014
Uorlik: Ermənistan “Olimpiya sülhü”nü pozdu

Uorlik: Ermənistan “Olimpiya sülhü”nü pozdu

Amerikalı həmsədr çox təəccüblənib.

KİV-in məlumatına görə, Ermənistanla Azərbaycan sərhəddində azərbaycanlı əsgər ölüb. Bu nə Olimpiya barışığı oldu?

ANS PRESS xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.

Həmsədr Ermənistan tərəfini ittiham edərək “Olimpia sülhü” razılaşmasını pozduğunu qeyd edib.

Xatırladaq ki, həmsədrlər fevralın 6-da bəyanat yayıblar. Bəyanatda cəbhə xəttində atəşkəs pozuntularının artmasından narahatlıq bildirilib və tərəflər hərbi ritorikanı azaltmağa çağırıblar.

Tərəflər xüsusilə də Soçidə keçirilən Qış Olimpiya Oyunları müddətində atəşkəs rejiminə əməl olunmasına və gərginliyə yol verməməyə çağırıblar.

Rusiya Xarici İşlər Nazirliyi də Olimpiya ilə əlaqədar bütün münaqişə iştirakçılarına müraciət edib və bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb. Bəyanatda bütün dünya ölkələrinə müraciət olunub:

“Rusiya Federasiyasında 7-23 fevralda və 7-16 mart 2014-cü il tarixlərinə Soçi şəhərində XXII Olimpiya XI Paraolimpiyada qış oyunları keçiriləcək. Qış Olimpiadasının təşkilatçısı kimi Rusiya Federasiyası bütün münaqişə iştirakçılarını israrla sülhə çağırır. Bu müddət ərzində “Olimpiya sülhü” elan edək. İlk növbədə bizim çağırışımız Suriyada qanlı münaqişənin tərəflərinə yönəldilib.

“Olimpiya sülhü” dünyada münaqişə iştirakçıları tərəfindən qan tökülməsinə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb