• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Uşağı öldürən məşqçi 19 il azadlıqdan məhrum edilib

Uşağı öldürən məşqçi 19 il azadlıqdan məhrum edilib
19.03.2024 14:53
Məşq zamanı 7 yaşlı Fərid Bakarovun ölümünə səbəb olan hərəkətlərə görə mühakimə edilən məşqçi Mehman Xəlilovun cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmənin yekun iclasında  Xəlilov azyaşlını bilərəkdən öldürmədiyini deyərək məhkəmədən barəsində  ədalətli hökm çıxarılmasını xahiş edib. 
 
"Mənim o, uşaqla bağlı heç bir  qərəzim olmayıb.  Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kamera altında adam öldürər? Bu bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi”,  - Xəlilov deyib. 

Hakim Fəhmin Hümbətov təqsirləndirilən şəxsə verilən ittihamın məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. 

Hökmə əsasən Xəlilov xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı öldürməkdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Hadisə ötən ilin aprelində Sumqayıda yerləşən 19 nömrəli məktəbin idman zalında məşq zamanı baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan Xəlilovun məşq zamanı Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırdığı, təpiklə vurduğu əks olunub.  Hadisə nəticəsində Bakarov vəfat edib. 

Mehman Xəlilova  Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə və xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməni nəzərdə tutan maddələri ilə  cinayət işi qaldırılıb. 
 
Xəlilov özü isə yalnız ehtiyatsızlıqdan adam öldürmədə təqsirli olduğunu deyib.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol