Usama Bin Ladeni satan adamın vəkili öldürüldü

20:31 | 18.03.2015
Usama Bin Ladeni satan adamın vəkili öldürüldü

Usama Bin Ladeni satan adamın vəkili öldürüldü

"Əl Qaidə" terror təşkilatının öldürülmüş rəhbəri Uzamə Bin Ladenin yerini ABŞ kəşfiyyat qurumuna - CİA-ya bildirərək öldürülməsinə səbəb olduğu iddiası ilə təqsirləndirilən doktor Şəkil Afridinin vəkili Səmiullah Afridi öldürülüb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə Peşəvər şəhərində baş verib və iki naməlum şəxs Afridinin olduğu avtomobilə çox sayda güllə vurub. Hücum zamanı avtomobilin arxa oturacağında əyləşən vəkilin qardaşı Məhəmməd Səid Afridi atəş açan şəxslərin motoskletdə olduqlarını deyib.

Hadisənin cavabdehliyini Pakistan Talibanı olaraq tanınan Tahriki Taliban Pakistan təşkilatının Cundullah qrupu öz üzərinə götürüb.

Peşəvər polisininin rəisi Ayaz Xan öldürülən vəkilin bir müddət öncə təhdidlər səbəbilə cinayət işindən çəkildiyini bildirib.

ANN.Az

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM