Uşaqlar cinslərini dəyişə biləcək - ŞOK QANUN

20:47 | 22.05.2014
Uşaqlar cinslərini dəyişə biləcək - ŞOK QANUN

Uşaqlar cinslərini dəyişə biləcək - ŞOK QANUN

İngiltərədə yaşayan və cinsini dəyişmək istəyən uşaqlara qanuni icazə veriləcək.“Axar.az” xəbər verir ki, hazırda həddi-buluğa çatmayan uşaqların cinsinin dəyişdirilməsinə icazə verən qanun hazırlıq mərhələsindədir. Qanun qəbul edilərsə, öz cinsindən narazı olan uşaqlar valideynləri olmadan da bu sahədə fəaliyyət göstərən həkimlərə sərbəst müraciət edə biləcəklər.Yerli mətbuatın xəbərlərinə görə, bu məsələ uzun müddətdir ki, cəmiyyət arasında müzakirə edilir. Bununla bağlı Londonun şimalında yerləşən klinikada pilot layihəyə yazılan uşaqlara cinsi inkişafı yavaşladan dərmanlar da verilir. Özlərini qız və ya oğlan olaraq görmək istəməyən və proqrama yazılan uşaqların adları sirr olaraq saxlanılır. Onların ayda bir dəfə qəbul etdiyi dərmanlar oğlanlarda səsin qalınlaşması, qızlarda isə süd vəzi inkişafı kimi əsas cinsi dəyişikliklərin qarşısını alır.İngiltərə mediasının da yaxından izlədiyi məsələ yerli əhali tərəfindən birmənalı qarşılanmır. Təcrübəni keçirilən qurum vətəndaşlar arasında Tanrının işinə müdaxilə etməkdə günahlandırılır.Ən çox tənqid edilən isə 9 yaşlı uşağın cinsi seçim haqqında sağlam qərar verə bilməyəcəyidir. Çünki belə qərarları vermək üçün müəyyən dünyagörüşünə və təcrübəyə sahib olmaq lazımdır.Qeyd edək ki, layihə uğurla nəticələnib bu sahədə qanun qəbul edilərsə, 9 yaşından yuxarı hər kəsin öz cinsini dəyişməyə qanuni əsası olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti