Bu yaxınlarda dünya mətbuatı 2025-ci ildə Marsa adam göndəriləcəyi, hətta bir tələbə qızın orada uşaq dünyaya gətirəcəyi haqqında məqalə dərc etmişdi. Əlbəttə, 2015-ci ilə qədər Yer Kürəsində çox hadisə ola bilər və Marsda uşaq dünyaya gətirmək məsələsinə indiki zamanın tələbləri ilə yanaşsaq, onun layihə, plan olduğunu deyə bilərik. Odur ki, Yer Kürəsində yaşayan uşaqlarımızın halına, vəziyyətinə diqqət ayırmaq daha düzgün hesab olunmalıdır.
ANN.Az-ın fotomüxbirinin kamerasına bu dəfə tuş gələn də uşaqlardır. Bakının, onun ətraf qəsəbələrində lentə alınan uşaqlar müxtəlif ailələrə məxsusdur - kasıbı da var, varlısı da, səliqəli geyimdə olanı da var, çirkli paltarda olan da, xəstəsi də var, sağlamı da, ata-analısı da var, yetimi də, naz-nemət içərisində böyüyüb şiltaq hərəkət edənlər də var, uşaqkən "qocalan"ları da...
Uşaqlarımızın bir anını təsvir edən fotosessiyanı oxucuların diqqətinə təqdim edirik.
Fotoların müəllifi Fərqanə Novruzovadır
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !