ANS PRESS-in məlumatına görə, iclas kredit borclarının hansı məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsinin müraciətinə həsr olunub.
Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.
Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərarı vətəndaşlar arasında bir sıra suallar yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !