​Vahid Ələkbərov bir gecədə sərvətinin 5%-ni itirdi

15:56 | 12.01.2015
​Vahid Ələkbərov bir gecədə sərvətinin 5%-ni itirdi

​Vahid Ələkbərov bir gecədə sərvətinin 5%-ni itirdi

Ötən həftənin sonunda ABŞ dollarının dünya bazarında ucuzlaşması yanvarın 9-da 200 milyarderin ümumilikdə sərvətlərindən 11,3 mlrd. dollar itirməsinə səbəb olub.

 "Report"un xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyanın 200 zənginin siyahısına daxil olan Rusiya vətəndaşı olan 15 milyarderdən 13-ü bir günə ümumilikdə 1,3 mlrd. dollar itirib və bu, ümumi zərərin 11,5%-nə bərabərdir.

Rusiyanın pul itirən zənginlərinin siyahısında əslən azərbaycanlı olan iş adamı, "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov liderlik edir. Təkcə V.Ələkbərov 13 varlının itirdiyi məbləğin 31,1%-ni, yəni 403,8 mln. dollar itirib ki, bu da onun 8,3 mlrd. dollarlıq varidatının 4,7%-i deməkdir.

Rusiyalı milyarderlər Alişer Usmanov və Andrey Melniçenko isə məzənnə dəyişkənliyindən qazanıblar. Belə ki, yanvarın 9-da A.Usmanov 14 mlrd. dollarlıq varidatının 0,7%-i qədər, yəni 100,5 mln. dollar, A.Melniçenko isə 9,1 mlrd. dollarlıq ümumi sərvətinin 0,1%-i həcmində, yəni 16,5 mln. dollarlıq gəlir əldə edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM